Yuxarı
    Bağlamaq

    Azərbaycan bankları gücləndirilmiş rejimdə işləyəcək

    Bakıda 90 filial və şöbə 10-21 iyun tarixlərində saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək

    Bakı. 10 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə "Formula 1" Avropa Qran-Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bank filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

    "Report"un Palataya istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

    Qeyd edək ki, “Bank Respublika”nın Neftçilər pr-ti,67 ünvanında yerləşən “Ofis 24” filialı və “Dəmirbank”ın Nizami küçəsi, 111-də yerləşən "Mərkəz" filialı xarici turistlərin və ölkə vətəndaşlarının istifadəsi üçün şənbə və bazar günləri daxil olmaqla həftə boyu 24 saat fəaliyyət göstərir.

    Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı şəhərin mərkəzi hissəsində, xüsusilə trek boyu ərazilərdə və istirahət məkanlarında valyuta dəyişmə xidmətlərinin qeyri-iş günlərində və daha uzun saatlar üzrə təşkil edilməli olduğunu bildirib. Sədr müvafiq istiqamətdə banklar ilə fəaliyyətin əlaqələndirilməsi, monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə konkret tapşırıqlar verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi