Azərbaycan bankları dollar satışını dayandırıb

Azərbaycan bankları dollar satışını dayandırıb Banklar gözləmə mövqeyi tutub
Maliyyə
24 İyun , 2016 14:51
Azərbaycan bankları dollar satışını dayandırıb

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırıb. "Report" xəbər verir ki, buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, nağd dollar satışını dayandıranlar arasında "Bank of Baku", "Zaminbank", "Kredobank" və s. bankların filialları var. Bir sıra digər kommersiya banklarında ("Kapital Bank" və s.) satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi