Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda bank işçilərinin sayı avqust ayı ərzində 44 nəfər artaraq bu il sentyabrın 1-nə 16 167 nəfərə çatıb.
“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Paltasına istinadən xəbər verir.
Hesabat tarixinə ölkədə 2 495 ədəd bankomat, 142 ədəd bank şöbəsi və 560 ədəd bank filialı fəaliyyət göstərib. Beləliklə, aylıq müqayisədə bankomatların sayı 10 ədəd azalıb, şöbələrin sayı 1 ədəd artıb, filialların sayı isə dəyişməyib.