Azərbaycan bankları bankomat şəbəkəsini məhdudlaşdırır

Azərbaycan bankları bankomat şəbəkəsini məhdudlaşdırır Paytaxtda bir ay ərzində 23 bankomat bağlanıb
Maliyyə
15 Sentyabr , 2015 11:21
Azərbaycan bankları bankomat şəbəkəsini məhdudlaşdırır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda təkcə bir ay ərzində 20-yə yaxın bankomat fəaliyyətini dayandırıb. Cari ilin iyul ayında ölkədə mövcud olan bankomatların sayı ay ərzində 18 ədəd və ya 0,67% azalaraq avqustun 1-nə 2 685 ədəd təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, tarixdə ilk dəfə olaraq belə bir hal qeydə alınıb. Bankomatların sayında azalma 2006-cı ildən indiyədək yalnız bir dəfə, 2014-cü ilin yanvar ayında qeydə alınıb. Həmin vaxt cəmi 5 bankomat sıradan çıxıb.

Hesabata əsasən, bankomatların 1 507 ədədi və ya 56,13%-i Bakı, 1 178 ədədi və ya 43,87%-i regionlar üzrə paylanıb. Bildirək ki, azalma paytaxt hesabına baş verib. Belə ki, hesabat ayında paytaxtda 23 bankomat fəaliyyətini dayandırıb, regionlarda isə mövcud bankomatların sayına daha 5-i əlavə olunub.

Qeyd edək ki, adambaşına düşən bankomat hesabı üzrə ay ərzində dəyişiklik müşahidə olunmayıb və cari ilin avqustun 1-nə ölkədə hər 3,6 min nəfərə bir bankomat düşüb.

Son xəbərlər

Orphus sistemi