Yuxarı

Azərbaycan bankları 2018-ci ildən daşınar əmlakın yüklülüyü reyestrindən istifadə edəcək

Bunu jurnalistlərə açıqlamasında Dünya Bankı Qrupunun təminatlı əqdlər üzrə qlobal mütəxəssisi deyib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanda daşınar əmlakın yüklülüyü sahəsində müvafiq qanunvericiliyin hazırlanması prosesi başa çatıb və müvafiq sənəd hökumətə təqdim olunub. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının Qrupunun təminatlı əqdlər üzrə qlobal mütəxəssisi Murad Sultanov deyib.

Onun sözlərinə görə, 2018-ci ildən etibarən Azərbaycandakı maliyyə institutuları daşınar əmlakın yüklülüyü platformasından istifadə edə biləcək: "Qanunvericilik layihəsi qəbul olunduqdan sonra daşınmaz əmlakın yüklülüyü reyesterinin elektron platforması üzərində çalışmağa başlayacağıq. Hesab edirik ki, 2017-ci ilin sonuna qədər bütün proseslər tamamlanmalıdır ki, 2018-ci ildən etibarən banklar və digər qanunvericilik institutuları həmin platforma və qanunvericilik bazasından istifadə etməyə başlasın".

Bank rəsmisi deyib ki, bu qanunvericiliyin qəbulu problemli kreditlərlə bağlı problemlərin də azalmasına şərait yaradacaq: "Bu qanunvericiliyin effektini həm kiçik və orta sahibkarlar, həm də digər sahibkarlar görəcəklər. Amma əsas, kiçik və orta sahibkarlara şamil edilir. Hansıların ki, girov qoymağa daşınar əmlakı yoxdur. Bu qanunvericilikdə əsas kimi Avstraliya, Belarus və Ukraynanın təcrübəsi götürülüb. Düşünürəm ki, bu, problemli kreditlərə birbaşa təsir etməyəcək. Lakin bir sıra ölkələrin təcrübəsinə əsasən deyə bilərəm ki, daşınar əmlakla bağlı olan problemli kreditlərin həcmində azalma olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi