Azərbaycan Banklar Assosiasiyasında yeni ekspert qrupu yaradılır

Azərbaycan Banklar Assosiasiyasında yeni ekspert qrupu yaradılır Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində Xəzinədarlıq və fondların idarə olunması üzrə ekspert qrupunun yaradılması planlaşdırılır.
Maliyyə
16 Yanvar , 2018 15:42
Azərbaycan Banklar Assosiasiyasında yeni ekspert qrupu yaradılır
Report

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində Xəzinədarlıq və fondların idarə olunması üzrə ekspert qrupunun yaradılması planlaşdırılır.

“Report” ABA-ya istinadən xəbər verir ki, buna səbəb son vaxtlar bankların valyuta və qiymətli kağızlarla, eləcə də törəmə əməliyyatları, likvidliyin idarə olunması, valyuta mövqeyi, valyuta, faiz və likvidlik risklərinin idarə olunması, aktiv və passivlərin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və s. kimi istiqamətlərdə aktiv müzakirələrin getməsi, bu sahələr üzrə normativ qaydalar və prosedurlarda dəyişikliklərin baş verməsidir.

Qrup bankların xəzinədarlıq departamentlərinin rəhbərlərini və kuratorları bir araya toplayacaq. Qeyd edək ki, hazırda ABA-nın nəzdində 9 ekspert qrupu fəaliyyət göstərir. Bunlar

- hüquqi məsələlər,

- informasiya texnologiyaları,

- ödəniş sistemləri və alternativ xidmət kanallar,

- kredit işi və risk,

- tədris strategiyaları və insan resursları,

- çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns,

- daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq,

- ipoteka krediti proqramının inkişafı,

- marketinq və PR üzrə qruplardır.

Xatırladaq ki, ABA-nı 1990-cu ildə kommersiya bankları təsis edib. Məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi