Yuxarı

“Azərbaycan Banklar Assosiasiyası”nın “Marketinq və PR üzrə” Ekspert Qrupunun rəhbəri dəyişib

ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupunun rəhbəri dəyişib

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin “Marketinq və PR üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.

“Report” ABA-ya istinadən xəbər verir ki, iclasda “Bank Respublika” ASC-nin Marketinq departamentinin direktoru Əli Daşdəmirov qrupun yeni sədri seçilib.

O, bu vəzifədə “Kapital Bank” ASC-nin Marketinq departamentinin direktoru Günel Fərzəliyevanı əvəz edib.

Xatırladaq ki, ABA-nın 1990-cı ildə banklar yaradıb. Əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 4 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi