Azərbaycan bankına məxsus əmlak satışa çıxarılıb

Azərbaycan bankına məxsus əmlak satışa çıxarılıb Bunlardan biri Rəşid Behbudov küçəsi,57 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir
Maliyyə
26 Oktyabr , 2016 17:33
Azərbaycan bankına məxsus əmlak satışa çıxarılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Bank Silkway" ASC-nin səhmdarları Bankın mülkiyyətində olan bir sıra əmlakların satışa çıxarılması barədə qərar qəbul edib. Bu barədə "Report" Bankın idarəetmə hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, əmlakın satılmasına səhm sahiblərinin bu il martın 14-də və aprelin 20-də keçirilmiş növbədənkənar yığıncağında qərar verilib. Əmlaklardan biri paytaxtın Rəşid Behbudov küçəsi,57 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir.

Xatırladaq ki, "Bank Silkway" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Onun nizamnamə kapitalı 101 544 885 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 149,5 manat olan 679 230 səhm əsasında formalaşıb. Səmhlər 3 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi