Azərbaycan bankı istehlak kreditlərini bahalaşdırıb

Azərbaycan bankı istehlak kreditlərini bahalaşdırıb Hazırda kreditlər fiziki şəxslərə illik 27%-lə ayrılır
Maliyyə
7 Sentyabr , 2016 11:09
Azərbaycan bankı istehlak kreditlərini bahalaşdırıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcələrini 1-2% artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda kreditlər fiziki şəxslərə illik 27%-lə ayrılır. Halbuki, bundan əvvəl müştərinin təkrar və yaxud yeni olmasından asılı olaraq faiz dərəcələri 25-26% olub. Başqa sözlə, Bankın köhnə müştəriləri daha ucuz kredit alıblar.

"YapıKredi Bank Azərbaycan"da istehlak kreditlərinin minimum məbləği 300 manat, maksimum məbləği isə 10 000 manatdır. Kreditləri 3 ilə qədər müddətə götürmək mümkündür.

Kreditə görə komissiya haqqı 1%-dir. Bununla yanaşı, borcalanlar həyatının "PAŞA Həyat Sığorta" ASC-də sığorta etdirilməsinə görə də haqq ödəməlidir. Son nəticədə istehlak kreditlərinin faktiki illik faiz dərəcəsi 27,79%-dən 30,56%-ə qədər dəyişir.

Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bankı"na, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi