Yuxarı
    Bağlamaq

    Ölkədəki banklardan biri iki pul köçürmə sistemi ilə əməliyyatları dayandırıb

    Kapital Bank digər pul köçürmə sistemləri ilə əməliyyatları davam etdirir

    Bakı. 15 yanvar. REPORT.AZ/ "Kapital Bank" ASC bu gündən "Privat Money" və "Blizko" təcili pul köçürmə sistemləri ilə əməliyyatları dayandırıb. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, adıçəkilən sistemlər üzrə əməliyyatların dayandırılması sürətli pul köçürmələrini optimallaşdırmaq və effektivliyi artırmaq məqsədi daşıyır.

    Açıqlamada deyilir ki, "Kapital Bank" digər pul köçürmə sistemləri ilə əməliyyatları davam etdirir.

    "Müştərilər Kapital Bankın bütün filiallarında Xəzri, Western Union, Contact, Zolotaya korona və Lider təcili pul köçürmə sistemlərindən istifadə etməklə dünyanın dörd bir tərəfinə pul göndərə və ya qəbul edə bilərlər. Tariflər haqda ətraflı məlumatı keçiddən əldə etmək olar: http://www.kapitalbank.az/az/individual-banking/money-transfers",- Bankdan bildirilib.

    Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi