Azərbaycan bank sisteminin mənfəəti ötən il 34% artıb

Azərbaycan bank sisteminin mənfəəti ötən il 34% artıb ​Azərbaycanda 8 bank ötən ili zərərlə başa vurub
Maliyyə
5 Fevral , 2015 15:24
Azərbaycan bank sisteminin mənfəəti ötən il 34% artıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan bank sisteminin vergi ödənilənədək məcmu mənfəəti 2014-cü il ərzində 34,44% artaraq 458,78 mln. manata çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində faiz mənfəəti 53,07% artaraq 1,269 mlrd. manat təşkil edib. Bunun 2,256 mlrd. manatı gəlir, 986,44 mln. manatı xərclər üzrə olub. Beləliklə, 2013-cü ilə nisbətən 2014-cü ildə faiz gəlirləri 36,97%, faiz xərcləri isə 20,65% artıb.

Ötən il bankların qeyri-faiz zərəri isə 36,60% artaraq 432,69 mln. manat təşkil edib. Belə ki, hesabat ilində qeyri-faiz gəlirləri 7,65% artaraq 476,45 mln. manat, qeyri-faiz xərcləri isə 19,72% artaraq 909,14 mln. manat təşkil edib.

Qeyd edək ki, 2014-cü ildə aktivlər üzrə xüsusi ehtiyatlara 373,66 mln. manat ayrılıb. Bu isə öz növbəsində 2013-cü illə müqayisədə 2,18 dəfə çoxdur.

Hesabata əsasən, Azərbaycanda 2014-cü ili 37 bank mənfəət, 8 bank isə zərərlə başa vurub.

Son xəbərlər

Orphus sistemi