Azərbaycan bank sisteminin kapitallaşması 25% artıb

Azərbaycan bank sisteminin kapitallaşması 25% artıb Son bir ayda isə bankların məcmu kapitalı 1,3% çoxalıb
Maliyyə
2 Mart , 2015 17:12
Azərbaycan bank sisteminin kapitallaşması 25% artıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda bankların məcmu kapitalı illik müqayisədə 24,99% artaraq cari il fevralın 1-nə 4,326 mlrd. manata çatıb. Əvvəlki ayla müqayisədə isə məcmu kapitalın həcmində 1,31% artım qeydə alınıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, ötən il ərzində bankların məcmu kapitalı 24,62% artaraq 2015-ci ilin əvvəlinə 4,270 mlrd. manat təşkil edib. İl ərzində məcmu kapital həcmində azalma mart və iyun aylarında müşahidə edilib.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ötən həftə yaydığı məlumatda bildirilir ki, Azərbaycan manatının devalvasiyası ölkənin bank sektorunun kapitallaşmasına mənfi təsir göstərəcək. Azərbaycan bankları xarici valyutada böyük məbləğdə kreditə sahib olduğuna görə qısa valyuta mövqeləri üzrə zərərə məruz qalacaq.

Son xəbərlər

Orphus sistemi