Yuxarı
    Bağlamaq

    Azərbaycan bank sistemində likvidliyin artırılması ilə bağlı xüsusi təkliflər hazırlanıb

    Cavanşir Abdullayev: Banklar əmək haqqını elə qaldırmışdılar ki, indi onun altından çıxa bilmirlər

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sistemində likvidlik səviyyəsinin artırılması ilə bağlı hökumətə xüsusi təkliflər zərfini təqdim edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev məlumat verib. 

    C.Abdullayev qeyd edib ki, bu gün ölkədə real sektorun inkişaf etdirilməsi üçün manat kütləsi çatmır. Onun sözlərinə görə, hazırda Mərkəzi Bank tərəfindən manat buraxılması da məqsəduyğun deyil.

    "Bank sektoruna dəstək olmasa, bank sektoru özü-özlüyündə bu vəziyyətdən çıxan deyil. Böhran xərclərə yenidən baxmağı öyrətdi. Azərbaycanda bank işçilərinin əmək haqqı sistemi bankların aktivlərinə baxanda orta Avropa göstəricisindən də yuxarı qalxmışdır. Əmək haqlarını elə səviyyəyə qaldırmışdılar ki, onun altından indi çıxa bilmirlər", - deyə ekspert vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi