Azərbaycan bank sektorunun xarici öhdəlikləri artmağa başlayıb

Azərbaycan bank sektorunun xarici öhdəlikləri artmağa başlayıb Kommersiya banklarının xarici öhdəlikləri 1 899,8 mln. manat təşkil edib
Maliyyə
6 İyun , 2018 11:16
Azərbaycan bank sektorunun xarici öhdəlikləri artmağa başlayıb
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il mayın 1-nə 1 899,8 mln. manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, aprelin 1-i ilə müqayisədə 7,5 mln. manat və yaxud 0,4% çoxdur. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 5 199,5 mln. manat və ya 3,7 dəfə azalıb. İlin əvvəlindən isə bu göstəricidə 408,5 mln. manat və ya 17,7% azalma qeydə alınıb.

Beləliklə, Azərbaycan bank sektorunun xarici öhdəlikləri ardıcıl səkkiz azalmadan sonra artıma keçib.

Son xəbərlər

Orphus sistemi