Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun müştəri bazası aylıq müqayisədə 59 776 nəfər və yaxud 1,04% artaraq 2017-ci il noyabrın 1-nə 5 835 163 nəfər təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, müştərilərin 5 750 527 nəfəri fiziki, 84 636 nəfəri hüquqi şəxslərdir. Oktyabrda fiziki şəxslərin sayında 58 538 nəfər və yaxud 1,03%, hüquqi şəxslərin sayında isə 1 238 nəfər və yaxud 1,49% artım qeydə alınıb. Ayrıca, bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 2 245 nəfər və yaxud 1,0 % artaraq 227 198 nəfərə çatıb.
Ümumiyyətlə, bu ilin əvvəlindən ölkədə bank müştərilərinin sayında 482 707 nəfər və ya 9,02% artım qeydə alınıb.