Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 7,8% artaraq 2018-ci il yanvarın 1-nə 5 772 040 nəfərə çatıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinadən xəbər verir.
Müştərilərin 5 685 215 nəfəri və ya 98,5%-i fiziki şəxslər, 86 825 nəfəri və ya 1,5%-i hüquqi şəxslərdir. Beləliklə, ötən ilin əvvəlinə nisbətən bankların müştəri bazasında fiziki şəxslər üzrə 7,6%, hüquqi şəxslər üzrə 24,1% artım qeydə alınıb.
Sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı isə 2018-ci il yanvarın 1-nə 231 498 nəfər olub ki, bu da illik müqayisədə 34,1% artım deməkdir.
Cari il yanvarın 1-nə müştərilərin bank hesabları 16 120 944 təşkil edib ki, bunun da 13 296 226-sı cari hesab, 2 478 933-ü kredit və 345 785-i depozit hesablarıdır.