Yuxarı

Azərbaycan bank sektorunun müştəri bazası 8% artıb

Azərbaycan bank sektorunun müştəri bazası 8% artıb

39

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin sayı artmağa davam edib və sentyabrda bank sektorunun müştəri bazası 55 096 nəfər və ya 0,96% artaraq 2017-ci il oktyabrın 1-nə 5 775 387 nəfərə çatıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Bank müştərilərinin 83 398 nəfərini və ya 1,44%-ni hüquqi , 5 691 989 nəfərini və ya 98,56%-ni fiziki şəxslər təşkil edib.

İlin əvvəli ilə müqayisədə bank müştərilərinin sayında 422 931 nəfər və ya 7,90%, o cümlədən fiziki şəxslərdə 409 526 nəfər və ya 7,75%, hüquqi şəxslərdə 13 405 nəfər və ya 19,15% artım qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi