Yuxarı

​Azərbaycan bank sektorunun məcmu aktivləri iyunda azalıb

Müxbir hesablarının ümumi bank aktivlərində payı azalıb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan bank sektorunun məcmu aktivləri 2015-ci il iyul ayının 1-nə 29 067,2 mln. manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstəricidən 171,2 mln. manat və ya 0,6% azdır.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, aktivlərin strukturunda əvvəlki ayla müqayisədə əsas dəyişikliklər müxbir hesabları üzrə olub. Belə ki, müxbir hesablarının ümumi aktivlərdə payı 9,3%-dən 8,6%-ə düşüb və bu, digər aktivlərdə baş verən artımla kompensasiya olunub.

Qeyd edək ki, hesabat dövründə passivlərin strukturunda depozitlərin payı əvvəlki ayla müqayisədə 42,75%-dən 42,55%-ə düşüb və bu, kapitalın artımı ilə kompensasiya olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi