Yuxarı
    Bağlamaq

    Azərbaycan bank sektorunun aktivləri 29,7 mlrd. manatdır

    Maliyyə Bazarlarına Nəzarət Palatası sektorun icmal göstəricilərini açıqlayıb

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 31 bankın 1 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29 708,5 mln. manat təşkil edib.

    Bu barədə “Report”a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

    Məlumatda deyilir ki, iyulun sonuna bankların cəmi öhdəlikləri 26,872 mlrd. manat, sektorun balans kapitalı isə 2 836,5 mln. manat olub. Əhalinin banklardakı əmanətləri 6 834,1 mln. manat təşkil edib.

    Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatlarının sayı isə 2 505 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 123 nəfər təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi