Yuxarı

Azərbaycan bank sektorunun aktivləri 1 mlrd. manat azalıb

İlin əvvəlindən isə məcmu bank aktivləri 15% artıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri 2016-cı il mart ayının 1-nə 32 832,8 mln. manat təşkil edib.

"Report" Mərkəzi Bankına istinadən xəbər verir ki, fevralın 1-i ilə müqayisədə bankların aktivləri 943,8 mln. manat və ya 2,8% azalıb. 

Qeyd edək ki, yanvarın 1-nə nisbətən bankların məcmu aktivlərinin həcmi 4 286,9 mln. manat və ya 15%, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 4 199,8 mln. manat və ya 14,7% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi