Keçən il Azərbaycanın bank sektorunda aktivlərin həcmi 21% artıb

Keçən il Azərbaycanın bank sektorunda aktivlərin həcmi 21% artıb AMB-nin sədrinin fikrincə ötən il biznes kreditlərin faiz dərəcələrində 10%-ə qədər azalma müşahidə edilib
Maliyyə
31 Yanvar , 2015 17:48
Keçən il Azərbaycanın bank sektorunda aktivlərin həcmi 21% artıb

Bakı. 31 yanvar. REPORT.AZ/ "2014-cü ildə bank sektorunun aktivləri 21% artıb. Bank kreditləri 18%, o cümlədən uzunmüddətli kreditlər 19% artıb". "Report" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin (MB İH) 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında MB İH-nin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə ötən il biznes kreditlərinin həcmi 18% artıb:

"2014-cü ildə biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73% olub. Biznes kreditləri 18%, o cümlədən, sənayeyə 36% artıb. Regionlara kredit qoyuluşlarında isə 39% artım olub. Ötən il yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən tənzimlənib. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 13%-ə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31% azalıb".

AMB-nin sədrinin fikrincə ötən il biznes kreditlərin faiz dərəcələrində 10%-ə qədər azalma müşahidə edilib:

"2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam edib və son illərdə kreditlər üzrə orta faiz dərəcələri 18%-dən hazırda 14%-ə, o cümlədən biznes kreditləri üzrə 10%-ə düşüb. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2 mislini təşkil edir. Plastik kartların sayı artıq 5,9 mln. ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2.5 dəfə artıb. POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir".

Son xəbərlər

Orphus sistemi