Azərbaycan bank sektoru üzrə ötən il 914 mln. manat xalis faiz gəliri əldə olunub

Azərbaycan bank sektoru üzrə ötən il 914 mln. manat xalis faiz gəliri əldə olunub Banklar ili 1,7 mlrd. manat xalis zərərlə başa vurub
Maliyyə
3 Fevral , 2017 17:07
Azərbaycan bank sektoru üzrə ötən il 914 mln. manat xalis faiz gəliri əldə olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının faiz gəlirləri 2016-cı ildə 1 994 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 702,1 mln. manat təşkil edib.

Bu barədə “Report”a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Məlumata görə, ötən il bank sektorunun faiz xərcləri 1 079,7 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 461,8 mln. manat olub. Son nəticədə, banklar 914,4 mln. manat xalis faiz gəliri əldə edib.

Hesabat dövründə kredit təşkilatları qeyri-faiz əməliyyatlarından 338,3 mln. manat zərər edib, üstəlik bu növ əməliyyatlara 998,7 mln. manat xərc çəkib. Başqa sözlə, bankların xalis qeyri-faiz zərəri 1 337 mln. manat təşkil edib. Bununla da, maliyyə qurumlarının xalis əməliyyat zərəri 422,6 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 212 mln. manat yönəldib, digər mənbələrdən isə 9,4 mln. manat gəlir əldə edib, cəmi 42,5 mln. manat isə mənfəət vergisi ödəyib. Beləliklə, Azərbaycanın bank sektoru ötən ili 1 667,6 mln. manat xalis zərərlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi