Azərbaycanın bank sektoru üzrə kapital adekvatlığı əmsalı azala bilər

Azərbaycanın bank sektoru üzrə kapital adekvatlığı əmsalı azala bilər ​Kredit portfelinin keyfiyyətinin pisləşməsinin bankların kapital adekvatlığına təsiri qiymətləndirilib
Maliyyə
10 İyun , 2015 13:37
Azərbaycanın bank sektoru üzrə kapital adekvatlığı əmsalı azala bilər

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanın bank sektoru üzrə kredit portfelinin keyfiyyətinin pisləşməsinin bankların kapital adekvatlığına təsiri qiymətləndirilib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cari ilin aprelin 1-nə bank sektoru üzrə kredit portfelinin 5,9%-ni (1 174 mln. manat) qeyri-qənaətbəxş və təhlükəli kreditlər təşkil edib. Mərkəzi Bankın tələblərinə əsasən, bu növ kreditlər üzrə müvafiq olaraq 30% və 60% ehtiyat yaradılmalıdır. Mümkün şokların bank kreditlərinin keyfiyyətinə təsirinin qiymətləndirilməsi məqsədilə qeyri-qənaətbəxş və təhlükəli kreditlər üzrə defolt əlaməti olaraq 100% ehtiyat yaradılması simulyasiya edilib.

Məlumatda deyilir ki, qiymətləndirmənin nəticələrinə əsasən, bank sektoru ümumilikdə bu şoka davamlıdır: sektor üzrə kapital adekvatlığı əmsalı faktiki 17,3%-dən 14,7%-dək, Azərbaycan Beynəlxalq Bankı nəzərə alınmadan isə bank sektoru üzrə bu göstərici müvafiq olaraq 20,3%-dən 18,5%-ə azala bilər.

Son xəbərlər

Orphus sistemi