Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xərclərini 2 dəfəyə yaxın artırıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xərclərini 2 dəfəyə yaxın artırıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqavilələrin qeydiyyatı aparılmaqla 2018-ci il ərzində cəmi 1 128 854 748 manat dəyərində iş həcmi yerinə yetiriib.
Maliyyə
10 İyul , 2019 12:39
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xərclərini 2 dəfəyə yaxın artırıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqavilələrin qeydiyyatı aparılmaqla 2018-ci il ərzində cəmi 1 128 854 748 manat dəyərində iş həcmi yerinə yetiriib.

“Report”un AAYDA-nın 2018-ci ilin Konsalidasiya hesabatına istinadən verdiyi məlumata görə, bu, 2017-ci illə müqayisədə 564 023 988 manat və yaxud 2 dəfə çoxdur.

Agentliyn 2018-ci ildə əsas fəaliyyətdən gəliri ƏDV nəzərə alınmamaqla 997 505 130 manat olub ki, bu da illik müqayisədə 479 333 048 manat və yaxud 92,5% çoxdur.

Əlavə dəyər vergisi 131 349 618 manat təşkil edib ki, bu da 2017-ci ilin dövrü ilə müqayisədə 84 690 93 manat və yaxud 2,8 dəfə çoxdur. Bu dövr ərzində sair gəlir olmayıb.

Agentlik avtomobil yollarının saxlanılması, tikintisi və təmiri xərcləri avtomobil yollarının saxlanılması tikinti və tikinti quraşdırma işlərinin smetalarında nəzərdə tutulan ayırmalar əsasında maliyyələşdirilir. 2018-ci ildə Agentlik üzə normativ əsasında 997 487 591 manat vəsait xərclənib ki, bu da daha əvvəlki illə müqayisədə 479 392 846 manat və yaxud 92,5% çoxdur.

Qeyd edək ki, agentliyin 2018-ci ildə əsas fəaliyyət növü olan avtomobil yollarının saxlanılması, tikintisi və təmiri işləri yerinə yetirib. Agentliyin əsas fəaliyyəti onunla bağlanmış müqavilələr əsasında aparilir. 

Son xəbərlər

Orphus sistemi