Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Asiya İnfrastruktur İnkişaf Bankının (AİDB) təsis edilməsi ilə bağlı aprelin 26-27-də Çində keçiriləcək ilk toplantıda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri
Nazirin sözlərinə görə, ilkin anlaşma memorandumuna görə, yeni yaradılan bankın mənzil-qərargahı Pekində yerləşəcək.
Martın 31-dək üzvlük üçün artıq banka 57 ölkə müraciət edib və onların təsisçi statusuna malik ola biləcəyi deyilir.
"Asiyanın infrastruktur imkanları o qədər böyükdür ki, hətta yaradılan bank da kafi deyil. Bankın kapitalına qoyacacağımız vəsait barədə danışmaq hələ tezdir. Adətən, səhmdar payında iştirak ölkələrin iqtisadi gücündən, ÜDM-dən asılı olaraq müəyyən edilir. Bankın ilkin icazə səhmdar kapitalı 100 mlrd. dollar elan edilib. İlkin mərhələdə isə abunə yazılışı 50 mlrd. dollardır", - nazir vurğulayıb.