Yuxarı

​Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankına üzv olub

Azərbaycan Çinin təşəbbüsü ilə yaradılan AİİB-in gələcək təsisçi üzvü kimi təsdiqlənib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.

Maliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-in aprelin 27-də Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan 2015-ci il martln 31-də Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi