Azərbaycan ABB-nin xarici kreditorlarına 3 təklif təqdim edib

Azərbaycan ABB-nin xarici kreditorlarına 3 təklif təqdim edib Azərbaycanın borcunun ÜDM-ə nisbəti 27%-ə yüksələcək
Maliyyə
23 May , 2017 18:05
Azərbaycan ABB-nin xarici kreditorlarına 3 təklif təqdim edib

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) xarici kreditorlarına borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı 3 həll variantı təklif edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu bankın cəlb etdiyi "Lazard" konsaltinq şirkətinin məsləhətçisi Erik Lalo (Eric Lalo) bildirib.

E.Lalo qeyd edib ki, ilk varianta əsasən, əsas kreditorlar üzrə 2,38 mlrd. dollar həcmində borc 20% endirimlə 12 illik dövlət istiqrazları ilə əvəz ediləcək, istiqrazların gəlirliliyi illik 5,125% təşkil edəcək. İkinci varianta görə, borc illik gəlirliliyi 3,5% olan 15 illik istiqrazlarla əvəzlənəcək. Üçüncü variant isə borcun ABB-nin yeni, gəlirliliyi 3,5% olan 7 illik istiqrazları ilə əvəz edilməsini nəzərdə tutur.

Xarici məsləhətçi həmçinin bilidirib ki, ABB ticari kreditləşmə çərçivəsində kreditorlardan aldığı 861,5 mln. dollarlıq borcu dövlət istiqrazları ilə əvəz etmək istəyir. Bu borcun 21%-i (180,9 mln. dollar) yeni, 0,85% kupon faizli 3 aylıq, 79%-i (680,6 mln. dollar) isə yeni, 2,82% kupon faizli 4 illik istiqrazla əvəzləməyi təklif edib.

Bundan başqa, bank 100 mln. dollarlıq subordinasiya kreditini 50% endirimlə 5,125% gəlirliliklə 12 illik istiqrazlarla əvəz etmək istəyir.

Görüşdə Azərbaycan hökumətini təmsil edən maliyyə naziri Samir Şərifov bildirib ki, borcların restrukturizasiyası məcmu dövlət borcunun 2,34 mlrd. dollara, borcun ÜDM-ə nisbətinin isə 27%-ə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi