​Azərbaycan 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalayıb

​Azərbaycan 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalayıb Küveyt, İordaniya və İspaniya ilə imzalanmış müqavilələr həmin ölkələr tərəfindən dövlətdaxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək
Maliyyə
24 İyul , 2015 12:06
​Azərbaycan 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalayıb

Bakı. 24 iyul. REPORT.AZ/ "Azərbaycan Respublikasının ikiqat vergitutmanın aradan qaldırılması haqqında bağladığı müqavilələr şəbəkəsi genişlənməkdədir və Vergilər Nazirliyinin mövcud müqavilələr çərçivəsində digər dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı uğurla davam etdirilir". "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev deyib.

O.Musayevin sözlərinə görə, Azərbaycan digər ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılmasında maraqlıdır.

"Hazırda 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalanıb və onların 45-i qüvvəyə minib. Küveyt, İordaniya və İspaniya ilə imzalanmış müqavilələr həmin ölkələr tərəfindən dövlətdaxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək. Bunlardan əlavə, Malta, İsrail, Slovakiya, İsveç, İrlandiya, Sinqapur, Danimarka, Hindistan, San-Marino və Mərakeşlə bu cür müqavilələrin layihələri, eləcə də Qazaxıstanla 1996-cı ildə imzalanmış müqaviləyə əlavə və dəyişikliklərin edilməsi üzrə Protokolun layihəsi üzrə razılıq əldə edilib. Adı çəkilən dövlətlərdən əlavə, daha yeddi dövlətlə müvafiq layihələr üzərində işlər davam etdirilir və 15-dən çox ölkə ilə danışıqlara başlanması üçün model layihələr mübadilə edilib", - idarə rəisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi