​"Azər-Türk Bank" yeni şöbə açıb

​"Azər-Türk Bank" yeni şöbə açıb Bankın yeni şöbəsi Bakıda yerləşir
Maliyyə
9 Avqust , 2016 14:39
​Azər-Türk Bank yeni şöbə açıb

Bakı. 9 avqust. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunub. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, "Azər-Türk Bank"ın Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 2 saylı şöbəsinin açılışı olub. Burada müştərilərə bütün növ bank xidmətləri göstərilir.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi