Bakı. 11 iyul. REPORT.AZ/ “Azər-Türk Bank” ASC yaranmasının 22-ci ildönümü ilə bağlı kampaniyalara başlayıb.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Belə ki, “Azər-Türk Bank” 22 gün “MasterCard” biznes və debit kartlarına sahib fiziki şəxs müştəriləri üçün illik xidmət haqlarına ən azı 22%, depozit qutusu icarəyə götürən müştərlərinin edəcəyi aylıq və ya illik ödənişlərinə 22% endirim tətbiq edəcək.
Bundan başqa, Bank iyul ayında doğulanlara 1 illik “MasterCard Standard" kartı (AZN/USD/EUR) hədiyyə edəcək. Həmçinin, Bankın müştəriləri olmaq istəyənlər üçün cari hesabları pulsuz açmaq, POS-terminallar üzrə təyin edilmiş aylıq minimum komissya haqqı ödənişini (30 manat) 6 ay müddətinə ləğv etmək imkanı yaradılıb.
Bununla yanaşı, kampaniya çərçivəsində minimal məbləği 2 200 manat əmanət yerləşdirən müştərilərə depozit qutuları 2 aylıq pulsuz təklif edilir.
Kampaniyalar avqustun 1-dək davam edir.