“Azər-Türk Bank” yeni kampaniyalar keçirir

“Azər-Türk Bank” yeni kampaniyalar keçirir Kampaniyalar yaxın 3 ay ərzində qüvvədədir
Maliyyə
2 Avqust , 2017 10:05
“Azər-Türk Bank” yeni kampaniyalar keçirir

Bakı. 2 avqust. REPORT.AZ/ “Azər-Türk Bank” ASC yeni kampaniyalar elan edib. 

Bu barədə "Report"a Bankdan bildirilib. 

Məlumata görə, noyabrın 1-nə qədər "Azər-Türk Bank"dan plastik kart alan müştəri özü və yaxud istədiyi başqa şəxs üçün ikinci kartı pulsuz əldə edə biləcək. 

Bundan başqa, yaxın 3 ay ərzində səyahət etmək arzusunda olan şəxslər bu barədə  hər hansı bir sənədi təqdim edərək, istənilən valyutada hesab açmaqla, pulsuz debet kart sahibi ola bilərlər. Belə ki, müştəri səyahət edəcəyini bildirən sənədləri təqdim etməklə hesabına minimum 500 manat / dollar / avro pul mədaxil edərsə "MasterCard Gold", 1 000 manat / dollar / avro pul mədaxil edərsə "MasterCard Platinum" kartı əldə edəcək. 

"Azər-Türk Bank"ın plastik kart müştərisi olmaq üçün Banka gəlməmək də olar. Yəni, onlayn rejimdə kart sifarişi də mümkündür və bunun üçün öncədən ödənişə ehtiyac yoxdur. Müştəri hazır kartı almaq üçün Banka gəldikdə ödəniş edə bilər. 

Noyabra qədər davam edəcək kampaniyalardan "Azər-Türk Bank"ın əmanətçiləri də kampaniyadan faydalana biləcək. Belə ki, Banka ən azı 30 min manat əmanət yerləşdirən müştəri filiallardakı depozit qutularından 3 ay müddətində pulsuz istifadə edə biləcək. 

22 ildir ki. fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi