"​Azər-Türk Bank" yeni bank platformasının tətbiqinə başlayıb

"​Azər-Türk Bank" yeni bank platformasının tətbiqinə başlayıb Bank “Oracle FLEXCUBE” bank platformasının son versiyasının tətbiqinə başlayıb
Maliyyə
6 Noyabr , 2015 11:39
​Azər-Türk Bank yeni bank platformasının tətbiqinə başlayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC dünyanın qabaqcıl maliyyə institutlarının istifadə etdiyi “Oracle FLEXCUBE” bank platformasının son, 12-ci versiyasının tətbiqinə başlayıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, korporativ, individual və investisiyaya əsaslanan bankçılıq üçün vahid istehsal mühitini təmin edən bu bank platformasının tətbiqində məqsəd ümumi operativliyin və effektivliyin artırılması, bank məhsullarının bazara çıxarılma vaxtına qənaət etməklə əməliyyatların tezləşdirilməsini təmin etməkdir: "Bu proqramın tətbiqi ilə muştərilərə onların fərdi tələblərinə uyğun xidmət təklif etmək mümkün olacaq".

Məlumatda deyilir ki, “Oracle FLEXCUBE”un son versiyasının tətbiqi ilə "Azər-Türk Bank"ın rəqabət qabiliyyəti daha da yüksələcək, bütün növ bank əməliyyatlarının həyata keçirilməsində davamlılıq təmin ediləcək, xidmətin keyfiyyəti, əməkdaşların məhsuldarlığı artacaq, risklərin idarə edilməsində səmərəliliyin artırılmasına şərait yaranacaq.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank”ın səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi