“Azər-Türk Bank” səhmdarlarına 1 mln. manata yaxın dividend ödəyib

“Azər-Türk Bank” səhmdarlarına 1 mln. manata yaxın dividend ödəyib Bakı. 8 sentyabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC 2017-ci ilin yekununda əldə etdiyi 928 min manat məbləğində xalis mənfəətin hamısını səhmdarlarına dividend kimi ödəyib.
Maliyyə
8 Sentyabr , 2018 10:18
“Azər-Türk Bank” səhmdarlarına 1 mln. manata yaxın dividend ödəyib

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC 2017-ci ilin yekununda əldə etdiyi 928 min manat məbləğində xalis mənfəətin hamısını səhmdarlarına dividend kimi ödəyib.

Bu barədə “Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, dividend ödənişi barədə qərar “Azər-Türk Bank”ın səhmdarlarının bu il iyunun 27-də keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi