"Azər-Türk Bank" xidmət şəbəkəsini genişləndirir

"Azər-Türk Bank" xidmət şəbəkəsini genişləndirir Bankın daha bir şöbəsi fəaliyyətə başlayır
Maliyyə
19 Avqust , 2016 17:22
Azər-Türk Bank xidmət şəbəkəsini genişləndirir

Bakı. 19 avqust. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunub. Avqust ayının 20-dən etibarən Bankın Qəbələ şəhərində yeni şöbəsi fəaliyyət göstərəcək. "Report"un Banka istinadən verdiyi xəbərə görə, şöbə Qəbələ şəhərində "ASAN Xidmət" mərkəzinin daxilində yerləşir.

Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesabları və fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökumət ödəniş portalı üzrə əməliyatların aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür.

"Azər-Türk Bank"ın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftəiçi hər gün saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək müştərilərin xidmətində olacaq.

Qeyd edək ki, “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi