"Azər-Türk Bank"ın kredit portfeli 96% artıb

"Azər-Türk Bank"ın kredit portfeli 96% artıb Bank ötən ili zərərlə başa vurub
Maliyyə
11 Fevral , 2016 14:19
Azər-Türk Bankın kredit portfeli 96% artıb

Bakı. 11 fevral. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin aktivləri illik müqayisədə 2,3 dəfə artaraq 2016-cı il yanvarın 1-nə 671,9 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə kredit portfeli 95,6% artaraq 418,3 mln. manat təşkil edib.

Hesabata əsasən, kredit portfelinin 2,5%-i və ya 10,3 mln. manatının ödəniş vaxtı keçib. Beləliklə, illik müqayisədə vaxtı keçmiş kreditlərin həcmində 72,5% artım, kredit portfelində xüsusi çəkisində isə əksinə 0,33 faiz bəndi azalma baş verib.

Ötən il ərzində depozit portfelinin həcmi 2,6 dəfə artaraq 539,7 mln. manata yüksəlib.

Təhlil olunan dövrdə Bankın gəlirləri əvvəlki illə müqayisədə 51,8% artaraq 25,9 mln. manata çatıb. Bank ötən ili 4,6 mln. manat zərərlə yekunlaşdırıb və bu, məcburi ehtiyatların yaradılması ilə bağlıdır. Qeyd edək ki, 2014-cü ilin yekununda Bank 80,2 min manat mənfəət əldə edib.

Qeyd edək ki, cari il yanvarın 1-nə "Azər-Türk Bank"ın məcmu kapitalı 50,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi