Yuxarı
    Bağlamaq

    "Azər-Türk Bank" müştərilərə yeni ödəniş kartı təklif edir

    Kartların istifadəçisi olan müştərilərə yeni kartlar eyni şərtlərlə, lakin daha ucuz təklif edilir

    Bakı. 28 aprel. REPORT.AZ/ "Azər-Türk Bank" ASC əmək haqqı layihəsi çərçivəsində növbəti yenilik edib. Bank müştərilərinə "MasterCard Debet" növlü ödəniş kartı təqdim edir.

    "Report"un banka istinadən verdiyi xəbərə görə, bu kartların satış qiymətləri əvvəllər istifadədə olan "Maestro" kartlarından daha sərfəli olacaq. Bank "Maestro" kartlarının istifadəçisi olan müştərilərinə yeni kartları eyni şərtlərlə, amma daha ucuz qiymətlərlə təklif edir. 

    Yeni “MasterCard Debet” kartı “MC Maestro” kartından fərqli olaraq, tam funskionallı bir kart növüdür və onu ödəniş sistemi əhatə edən istənilən ölkədə həm nağd, həmdə nağdsız əməliyyatlar üçün məhdudiyyətsiz istifadə etmək mümkündür.

    "Azər-Türk Bank"ın əmək haqqı kartları ilə ölkə daxilində istənilən bankın bakomatından vəsait çıxararkən komissiya tutulmur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi