“Azər-Türk Bank” müsabiqə keçirir

“Azər-Türk Bank” müsabiqə keçirir İlin ən güclüləri “Bomba” qazanacaq
Maliyyə
6 Fevral , 2017 17:00
“Azər-Türk Bank” müsabiqə keçirir

Bakı. 6 fevral. REPORT.AZ/ "Son illər Azərbaycanın internet məkanında sosial şəbəkələrin populyarlığının artdığının şahidiyik. Həmçinin medianın da bu platformada təmsil olunması, geniş kütlənin marağına səbəb olan mövzuların işıqlandırılması, diqqət çəkən layihələrin təqdimatı və s. sosial şəbəkələri ünsiyyət vasitəsi müstəvisindən çıxararaq daha geniş orbiti zəbt etməsinə təkan verib".

“Report” xəbər verir ki, bu barədə “Azər-Türk Bank” ASC-nin açıqlamasında deyilir.

Məlumatda bildirilir ki, bunları nəzərə alaraq Azərbaycanda “Azər-Türk Bank”ın da sponsoru olduğu “Bomba” Sosial Media Mükafatı layihəsi həyata vəsiqə alıb: “Yenilikçi və innovativ bank olan "Azər-Türk Bank" layihədə iştirak etməklə korporativ şirkət və təşkilatların sosial mediada aktivliyinin stimullaşdırılmasına dəstək vermək niyyətindədir. Layihənin məqsədi son 1 ildə sosial şəbəkələrdəki korporativ səhifələrində çoxsaylı izləyici diqqətinə səbəb olmuş paylaşımlar etmiş şirkət və təşkilatları müəyyənləşdirərək mükafatlandırmaqdır. İlin ən güclüləri "Bomba" Akademiyası tərəfindən seçiləcək. Qaliblərin mükafatlandırılması mərasimi fevralın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək. Bununla bağlı “Azər-Türk Bank” bu mərasimə dəvətnamə qazanmaq istəyənlər üçün müsabiqə elan edir. Müsabiqənin şərtləri belədir:

  • - “Azər Türk Bank”ın "Facebook" və ya "İnstagram"dakı rəsmi korporativ səhifələrindəki postları qalib olmaq istəyən izləyici öz səhifəsində bir neçə dəfə paylaşım etməlidir;
  • - Bankın rəsmi "Facebook" və "İnstagram" səhifəsinə maksimum çox dostlarını dəvət etməlidir;
  • - “Azər-Türk Bank”la #Bomba müsabiqəsində mən...cümləsini kreativ şəkildə tamamlamalıdır.

"Qalib olmaq üçün etdiyiniz paylaşımları və Bankın rəsmi "Facebook" və "İnstagram" səhifəsinə dəvət etdiyiniz dostlarınızın şəkillərini "print screen" edərək marketing@azerturkbank.az e-poçt ünvanına göndərə bilərsiz, həmçinin qeyd edilmiş email ünvanına suallarınızı yaza bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi