Yuxarı
    Bağlamaq

    "Azər-Türk Bank" manat əmanətləri üzrə gəlirliliyi artırıb

    Müddəti və faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq gəlirlilik 10-15% olacaq

    Bakı. 7 aprel. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin əmanətlərin qəbulu ilə əlaqədar keçirdiyi “Bahar kampaniyası” may ayının 1-dək davam edəcək. 

    Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, yeni qısamüddətli əmanət növlərinin tətbiqi ilə yanaşı, təklif olunan müddət ərzində Bank Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini 15%-dək artırıb.

    Bankdan verilən məlumata görə, hazırda “Azər-Türk Bank”da milli valyuta ilə yerləşdirilən əmanətlərə görə müddətindən və faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 10-15% arasında illik gəlir vəd edilir. Yüksək faiz dərəcələrinə baxmayaraq, Bankda yerləşdirilən bütün növ depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

    Bankda əmanətçilərə 3 il müddətinə müştərinin şəxsi məqsədləri və depozit üzrə faizlərin əldə edilməsi üçün ödəniş kartı da hədiyyə edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi