"Azər-Türk Bank" pul köçürmələrini daha sürətli həyata keçirmək imkanı yaradır

"Azər-Türk Bank" pul köçürmələrini daha sürətli həyata keçirmək imkanı yaradır Müştərilər hesab açmadan Azərbaycanın istənilən regionuna, eləcə də 200-dən artıq ölkəyə bir neçə dəqiqəyə pul köçürə bilərlər
Maliyyə
23 Dekabr , 2016 13:44
Azər-Türk Bank pul köçürmələrini daha sürətli həyata keçirmək imkanı yaradır

Bakı. 23 dekabr. REPORT.AZ/ Müasir bankçılıq texnologiyaları əsasında fəaliyyət göstərən "Azər-Türk Bank" ASC ölkədaxili və ölkəxarici pul köçürmələri həyata keçirmək istəyən müştərilərə bu istəklərini qısa müddət ərzində yerinə yetirmək imkanı yaradır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, müştərilər Banka müraciət edərək hesab açmadan Azərbaycanın istənilən regionuna, eləcə də dünyanın 200-dən artıq ölkəsinə bir neçə dəqiqə ərzində pul köçürə bilərlər. "Azər-Türk Bank" təcili pul köçürmələrini "Western Union", "Contact", UPT və "Monex" kimi təcili pulköçürmə sistemləri vasitəsilə həyata keçirir.

Bankda, həmçinin SWIFT sistemi vasitəsilə hesabdan hesaba pul köçürmək də mümkündür. "Azər-Türk Bank" bu sahədə "Citibank", "Commerzbank", "Raiffeisen Bank" kimi banklarla əməkdaşlıq edir ki, bu da pulköçürmə əməliyyatlarının təhlükəsiz, rahat və sürətli olmasına təminat verir.

Müştərilər bank hesabı açmadan sürətli pul köçürmələri, eləcə də hesabdan hesaba pul köçürmələri xidmətlərindən yararlanmaq üçün "Azər-Türk Bank"ın istənilən xidmət ofisinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi