Yuxarı

"Azər-Türk Bank" nizamnamə kapitalını artırır

Bank nizamnamə kapitalını 50 mln. manata çatdırıcaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azər-Türk Bank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydiyyata alınıb. “Report”un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi bir səhmin nominal dəyəri 1 manat olmaqla 5 776 341 manat təşkil edir.

Emissiyanın anderrayteri qismində "Invest-Az" MMC çıxış edir.

Səhmlərin yerləşdirilməsi ilə bankın nizmanamə kapitalı 50 mln. manata çatdırılacaq.

Qeyd edək ki, hazırda bankın nizmnamə kapitalı 44 223 659 manat təşkil edir. Bankın səhmdarları rolunda Azərbaycan Əmlak Məslələri üzrə Dövlət Komitəsi (85%), Türkiyənin "Ziraat Bank"ı (14%) və "Ziraat Bank Beynəlxalq, Almaniya" (1%) çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi