Yuxarı
    Bağlamaq

    "Azər-Türk Bank" xaricdə təhsil alan gənclərə dəstək olur

    Tələbələrə pulsuz MasterCard Standart kartı hədiyyə edilir

    Bakı. 26 dekabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin “Sizinlə Gələcək” kampaniyası davam edir. Artıq xaricdə təhsil alan bir çox tələbələr bu kampaniyanın imkanlarından yararlanır. 

    "Report" bu barədə Banka istinadən xəbər verir. 

    Qeyd edək ki, “Sizinlə Gələcək” kampaniyasına cari il iyulun 4-də start verilib. Sosial məsuliyyəti öz fəaliyyətində ön planda tutan "Azər-Türk Bank"ın bu kampaniyanı həyata keçirməkdə məqsədi xarici ölkələrdə təhsil alan gənclərə dəstək olmaq, gənclərin təhsil aldıqları müddətdə onların təhsil həyatında rol oynamaqdır. Kampaniya çərçivəsində tələbə biletini və ya xarici universitetdə oxuduğuna dair hər hansı rəsmi sənədi təqdim edən müştəriyə pulsuz "MasterCard Standart" kartı hədiyyə edilir.

    İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi