Yuxarı
    Bağlamaq

    "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

    Yığıncağın gündəliyi açıqlanmayıb

    Bakı. 30 iyun. REPORT.AZ/ İyulun 21-də, saat 11:00-da "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək.

    "Report" xəbər verir ki, yığıncaq bankın inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.

    Yığıncağın gündəliyi açıqlanmayıb.

    "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi