​"Azər-Türk Bank"ın mənfəəti kəskin azalıb

​"Azər-Türk Bank"ın mənfəəti kəskin azalıb Ötən il Bankın gəlirləri 45%, xərcləri isə 71% artıb
Maliyyə
27 Yanvar , 2015 14:19
​Azər-Türk Bankın mənfəəti kəskin azalıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın "Azər-Türk Bank" ASC 2014-cü ilin yekununda 80,2 min manat həcmində mənfəət əldə edib. "Report"un banka istinadən verdiyi xəbərə görə, bu da 2013-cü illə müqayisədə 23 dəfə azdır. 

Hesabat ilində Bankın məcmu gəlirləri 45,3% artaraq 17,532 mln. manat, xərcləri isə 70,8% artaraq 17,452 mln. manata çatıb.

Cəmi gəlirlərin 85,3%-i və ya 14,959 mln. manatı faiz gəlirləri, 11,9%-i və ya 2,09 mln. manatı göstərilmiş xidmətlər üzrə haqq və komissiya gəlirləri kimi əldə edilib. Bankın faiz gəlirlərində 2013-cü illə müqayisədə 52,1%, komissiya gəlirlərində isə 17,3% artım müşahidə olunub.

Xərclərin isə 47,2%-ni və ya 8,232 mln. manatını xüsusi ehtiyat xərcləri, 20,1%-ni və ya 3, 504 mln. manatını faiz xərcləri, 17,2%-ni və ya 2,996 mln. manatını işçilərə sərf olunan xərclər təşkil edib. Əvvəlki ilə nisbətən xüsusi ehtiyat xərcləri 8,7 dəfə, işçilərə sərf olunan xərclər 13,9% artıb. Faiz xərclərində isə əksinə, 7,3% azalma qeydə alınıb.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə "Azər-Türk Bank"ın nizamnamə kapitalı 50 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi