"Azər-Türk Bank"ın mənfəəti kəskin artıb

"Azər-Türk Bank"ın mənfəəti kəskin artıb Bankın aktivləri isə illik müqayisədə 3 dəfə artıb
Maliyyə
25 Aprel , 2016 14:08
Azər-Türk Bankın mənfəəti kəskin artıb

Bakı. 25 aprel. REPORT.AZ/ "Azər-Türk Bank" ASC cari ilin yanvar-mart aylarında 7,89 mln. manat həcmində mənfəət əldə edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın mənfəətində kəskin artım (6,5 dəfə) qeydə alınıb. Ötən ilin birinci rübündə Bankın mənfəəti 1,214 mln. manat olub.

Hesabat dövründə Bankın gəlirləri 2,26 dəfə artaraq 16,775 mln. manata, xərcləri 43,13% artaraq 8,885 mln. manata yüksəlib.

"Azər-Türk Bank"ın aktivləri illik müqayisədə 3,23 dəfə artaraq cari il aprelin 1-nə 1,234 mlrd. manata çatıb. Bu müddətdə kredit portfeli 55,4% artaraq 417,441 mln. manat, depozit portfeli 33,91% artaraq 359,853 mln. manat olub.

Qeyd edək ki, cari il aprelin 1-nə Bankın məcmu kapitalı 60,718 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi