Bakı. 8 sentyabr. REPORT.AZ/ Xidmət səviyyəsini yüksəltmək, müştəriləri bank məhsulları ilə daha yaxşı səviyyədə təmin etmək məqsədilə, "Azər-Türk Bank” ASC-nin "Mərkəz" filialı yeni ünvanda fəaliyyətə başlayıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Mərkəz" filialı Bakı şəhərinin Bülbül prospekti,44 ünvanında yerləşir. Filialın yeni ofislə təmin edilməsi "Azər-Türk Bank” ASC-nin xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq həyata keçirilib.
Yeni ünvanda vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar da daxil olmaqla, bütün bank xidmətləri təklif edilir.