"Azər-Türk Bank"ın aktivləri bu il 37% azalıb

"Azər-Türk Bank"ın aktivləri bu il 37% azalıb Bank bu ilin ilk 9 ayını 128 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
31 Oktyabr , 2017 09:05
Azər-Türk Bankın aktivləri bu il 37% azalıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 295,206 mln.manat təşkil edib.

"Report" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 37,1% azdır.

"Azər-Türk Bank"ın aktivlərinin 115,49 mln. manatını və yaxud 39,1%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 9 ayda bankın kredit portfelində 22,6% azalma olub.

Hesabat dövründə "Azər-Türk Bank"ın cəmi öhdəlikləri 41,7% azalaraq 241,767 mln. manat, o cümlədən depozit portfeli 9,1% azalaraq 187,589 mln.manat, cəmi kapitalı isə 2,2% azalaraq 53,44 mln. manata düşüb.

Bu ilin yanvar-sentyabr aylarında "Azər-Türk Bank"ın faiz gəlirləri 12,688 mln. manat, faiz xərcləri 4,209 mln. manat, qeyri-faiz gəlirləri 6,543 mln. manat, qeyri-faiz xərcləri 15,084 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 62 min manat olub.

"Azər-Türk Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 190 min manat qənaət edib və ilin ilk 9 ayını 128 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi