​"Azər-Türk Bank"ın aktivləri 3 dəfə artıb

​"Azər-Türk Bank"ın aktivləri 3 dəfə artıb Ötən il ərzində Bankın kredit portfeli 3% artaraq 208,4 mln. manata çatıb
Maliyyə
26 Yanvar , 2015 10:31
​Azər-Türk Bankın aktivləri 3 dəfə artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin aktivlərinin həcmi 2014-cü il ərzində 3,1 dəfə artaraq 2015-ci il yanvarın 1-nə 294,043 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə nağd vəsaitlərin həcmi 8,9 dəfə artaraq 18,401 mln. manat, kredit portfeli 3,3% artaraq 208,443 mln. manat, qiymətli kağızlar portfeli 2,1 dəfə artaraq 15,033 mln. manat təşkil edib. Bu müddətdə nostro müxbir hesabları və depozitlər isə əksinə 7,3% azalaraq 15,107 mln. manat olub.

Cari ilin yanvarın 1-nə Bankda tələbli depozitlərin həcmi 10,95% artaraq 22,675 mln.manat, müddətli depozitlər həcmi 2,03% artaraq 26,713 mln. manata yüksəlib.

Bununla yanaşı, 2015-ci il yanvarın 1-nə "Azər-Türk Bank"ın nizamnamə kapitalı illik müqayisədə 3,7 dəfə artaraq 50 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi