“Azər-Türk Bank” əmanət qəbulu şərtlərini dəyişib

“Azər-Türk Bank” əmanət qəbulu şərtlərini dəyişib Bank dollar əmanətlərini ucuzlaşdırıb
Maliyyə
22 Dekabr , 2016 14:51
“Azər-Türk Bank” əmanət qəbulu şərtlərini dəyişib

Bakı. 22 dekabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, hazırda “Azər-Türk Bank”da 1 il müddətinə Amerika valyutasında yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda ödənilməsindən asılı olaraq 0,4-0,5% divident ödənilir. İndiyə qədər bu göstərici 2-2,5% olub.

Bundan başqa, bank avro ilə əmanət qəbulunu dayandırıb, Azərbaycan manatı ilə əmanət yerləşdirilməsinin şərtlərini isə sabit saxlayıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi