“Azər Türk Bank” bayram endirimlərinə başlayıb

“Azər Türk Bank” bayram endirimlərinə başlayıb Bank 8 Mart Beynəlxalq Qadınlar günü və Novruz bayramı münasibətilə kampaniya keçirir
Maliyyə
28 Fevral , 2017 12:36
“Azər Türk Bank” bayram endirimlərinə başlayıb

Bakı. 28 fevral. REPORT.AZ/ “Azər Türk Bank” ASC 8 Mart Beynəlxalq Qadınlar günü və Novruz bayramı münasibətilə müştəriləri üçün yeni “Bayram endirimləri” kampaniyasına başlayıb.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, mart ayı boyunca, etibarlılıq müddətindən asılı olmayaraq, “MasterCard Gold”, “MasterCard Platinum”, “MasterCard Business”, “Visa Gold” və yaxud “Visa Platinum” debit kartları sifariş edən hər kəs 50%-lik endirim əldə edəcək.

Arzu edənlər bu kartları şəxsiyyəti təsdiq edən sənədlə bankın filial və şöbələrində, eləcə də www.azerturkbank.az saytından onlayn sifariş edə bilərlər.

Son xəbərlər

Orphus sistemi