Yuxarı

"Azər-Türk Bank" "ASAN Xidmət"lə birlikdə həyata keçirdiyi layihəni yekunlaşdırıb

Bu münasibətlə Bankda görüş keçirilib

Bakı. 17 yanvar. REPORT.AZ/ "Azər-Türk Bank" ASC və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş təlimlər uğurla yekunlaşıb. 

Bu barədə "Report"a bankdan bildirilib. 

Məlumata görə, bu münasibətlə "Azər-Türk Bank"ın baş ofisində hər iki qurumun nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə iştirak edən Agentliyin aparat rəhbəri Azad Cəfərli Banka "ASAN School" könüllülük proqramının reallaşdırılmasında göstərdiyi təşəbbüsə və bu proqramın "Master 2" pilləsinin uğurla həyata keçirilməsində dəstəyinə görə minnətdarlığını bildirib. 

"Azər-Turk Bank"ın baş direktoru Rəsul Hüseynov isə gələcəkdə də bu istiqamətdə əməkdaşlığın məmnuniyyətlə davam etdiriləciyini, bankın bu xeyirxah missiyaya daim dəstək olmağa hazır olduğunu vurğulayıb.

Tədbirdə "ASAN School" könüllülük proqramının rəhbəri, insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, insan resursları və təlim şöbəsinin əməkdaşı Əsli İbrahimli iştirak ediblər. 

Görüşün sonunda könüllülərə sertifikatlar təqdim edilib, "ASAN School" və "Azər-Türk Bank"ın əməkdaşlığı ilə "Master 2" proqramının regionlarda da keçirilməsi barədə fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi